"Keşlə" daha bir futbolçusu ilə yolları ayırıb.
Sportarena.az xəbər verir ki, Bakı klubu Məmməd Quliyevin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib.23 yaşlı yarımmüdafiəçi 2016-cı ildən "Keşlə"də çıxış edirdi. O, cari mövsümdə cəmi 5 rəsmi oyuna çıxaraq 6 dəqiqə oynayıb.
Qeyd edək ki, "Keşlə" bundan əvvəl Ebrima Sohna, Bahodir Nəsimov, Georgios Georgiadis, Herve Tçami və Elnur Cəfərovu yola salıb.