"Sabah"ın Antalyadakı iki rəqibi müəyyənləşdi

17:06 26 Dekabr 2018

Yanvarın 2-dən 23-dək Türkiyənin Antalya şəhərinin Lara bölgəsində təlim-məşq toplanışında olacaq "Sabah”ın toplanış çərçivəsində qarşılaşacağı 2 rəqib bəlli olub. 

 

Sportarena.az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, komanda yanvarın 16-da Qazaxıstanın "Tobol”, 19-da isə Macarıstanın "MTK Budapeşt” klubuyla üz-üzə gələcək.

 

Xatırladaq ki, "Sabah” yanvarın 12-də və 22-də daha 2 yoxlama görüşü keçirəcək. Rəqiblərin adı yaxın günlərdə açıqlanacaq.


Digər xəbərlər

Xəbər xətti