İngiltərə Premyer Liqasında 19-c tura yekun vurulub.
Sportarena.az xəbər verir ki, turun son matçında “Çelsi” səfərdə “Uotford”la qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.Eden Hazardın 45+1 və 58-ci dəqiqələrdə vurduğu qollar “Çelsi”yə 3 xal qazandırıb. “Uotford”un qolunu isə 45+3-cü dəqiqədə Roberto Pereyra vurub.