Yunanıstanın PAOK klubunun müdafiəçisi Yevgeni Xaçeridi karyerasını "Qarabağ"da davam etdirə bilər.
Sportarena.az xəbər verir ki, Ağdam klubu 31 yaşlı futbolçu üçün rəsmi təklif ünvanlayıb. Xaçeridiylə Macarıstan və Rumıniya klubları da maraqlanır. "Qarabağ"ın bu keçiddə bir addım öndə olduğu vurğulanıb.
Ukrayna millisinin üzvünün PAOK-la 2021-ci ilin yayına kimi müqaviləsi var.
Qeyd edək ki, Xaçeridi PAOK-a yayda Kiyev "Dinamo"sundan keçib. Onun transfer qiyməti 2,5 milyon avro dəyərindədir.