İtaliya çempionatının 18-ci həftəsində “İnter”-“Napoli” matçında seneqaləsilli futbolçu Kalidu Kulibalini hədəf alan irqçi azarkeşlər üzündən “İnter” cərimələnib.
Sportarena.az xəbər verir ki, komanda 2 oyuna azarkeş olmadan çıxacaq. Xatırladaq ki, azarkeşlər qırmızı kart alan Kulibalini nasist ifadələrlə təhqir etmişdilər.