“Ən çətin rəqibim Mbappe olub” - “Qarabağ”ın legioneri

11:27 28 Dekabr 2018

“Qarabağ”ın bolqarıstanlı legioneri Simeon Slavçev sosial şəbəkədə azarkeşlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, müxtəlif mövzularda danışan millinin yarımmüdafiəçisi maraqlı fikirlər səsləndirib.

 

- Meydanda ən çətin rəqibiniz kim olub?

- Kilian Mbappe.

- Ronaldo, yoxsa Messi?

- Kriştiano.

- Sizin üçün "İmarət Tayfa" nə deməkdir?

- Futbolun məqsədi.

- İstirahət üçün ən yaxşı yer?

- Dubay.

- "Qarabağ"ın ən güclü futbolçusu kimdi?

- Mədətov, Zubir, Jezniçak, Kintana, Qarayev, Abdullayev, Miçel, Gerye, Ozobiç.

- Bolqarıstanın tarixində ən yaxşı futbolçu kimdi?

- Xristo Stoiçkov.

- Bakı, yoxsa Dubay?

- Bakı.

- Kriştiano Ronaldo haqda nə düşünürsünüz?

- Futbol tarixində ən qüsursuz futbolçu.

- Zubir, yoxsa Modriç?

- Zubir. Onun driblinqləri Modriçdən daha yaxşıdı.

- "Qarabağ"da xoşbəxtsiniz?

- Bəli.

- Hansı bolqar futbolçu ilə "Qarabağ"da oynamaq istərdiniz?

- Yevtimov, Çorbadjiyski, Qamakov və Milanovla birlikdə.

- Dünyanın ən güclü klubu hansıdı?

- "Liverpul".

- Daha güclü komandada oynaya bilərsiniz?

- Bəli. Amma bunun üçün çox çalışmaq, daha istəyini göstərmək lazımdı. Həm də yaxşı agentə sahib olmalısan.

- Bolqarıstana qayıtmaq barədə düşünürsünüz?

- Hələlik belə bir planım yoxdu. Amma kim bilir ki, gələcəkdə necə olacaq.


Digər xəbərlər

Xəbər xətti