Millimizin iki üzvünün “Avropa Liqası muzeyi”ndə imza günü - FOTOLAR

12:12 28 Dekabr 2018

2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində növbəti imza günləri keçirilib.

 

Sportarena.az xəbər verir ki, bu dəfə “Avropa Liqası muzeyi”ndə millimizin iki üzvü - “Qəbələ”nin müdafiəçisi Təmkin Xəlilzadə və “Qarabağ”ın hücumçusu Mahir Mədətovun imza günü baş tutub. Muzey ziyarətçiləri imza günündə futbolçularımız ilə yaxından tanış olub, onlardan imza alıb, eləcə də foto çəkdiriblər.

 

Xatırladaq ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi tərəfindən 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda (BOS) keçirilməsi haqqında qərar qəbul edilib.



Digər xəbərlər

Xəbər xətti