“Səbail”in sabiq baş məşqçisi Samir Əliyev karyerasını yığmada davam etdirəcək.
Sportarena.az xəbər verir ki, AFFA-nın Məşqçilər Komitəsi və baş katibliyin birgə müzakirələri, Məşqçilər Komitəsinin müvafiq təqdimatına əsasən, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında 2019-cu ilin oktyabr ayında keçiriləcək Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək Azərbaycan U-19 milli komandasının hazırlıq prosesinə start verilməsi məqsədilə baş məşqçi vəzifəsi məhz bu gənc mütəxəssisə həvalə olunub.
39 yaşlı çalışdırıcı bu yığmanın hazırkı baş məşqçisi Vüqar Məmmədi əvəzləyəcək. Əliyev son yarım ildə "Səbail"in Futbol Akademiyasında koordinator çalışır.