AFFA 21 yaşadək futbolçulardan ibarət yığma komandaya (U-21) yeni baş məşqçini müəyyənləşdirib.
Sportarena.az xəbər verir ki, Məşqçilər Komitəsinin və baş katibliyin birgə fəaliyyəti çərçivəsində U-21-in baş məşqçisi vəzifəsinə müxtəlif mütəxəssislərin namizədliyi müzakirə olunub və həmin məşqçilərlə görüşlər keçirilib.Hazırda U-21-in baş məşqçisi vəzifəsinə namizəd serbiyalı mütəxəssis Milan Obradoviçdi. Bütün şərtlərlə bağlı qarşılıqlı razılıq əldə ediləcəyi təqdirdə, Azərbaycan U-21 millisinin baş məqşçisi vəzifəsi Məşqçilər Komitəsinin təqdimatına əsasən 41 yaşlı Obradoviçə həvalə olunacaq.
Qeyd edək ki, serbiyalı mütəxəssisin son iş yeri əsas yığmada baş məşqçinin köməkçisi vəzifəsi olub.