Hazırda qış fasiləsində olan "Zirə” yanvarın 5-də bir araya gələcək.
Sportarena.az xəbər verir ki, komanda çalışmaların ilk hissəsini Bakıda keçirəcək. "Qartallar” ayın 12-də Türkiyənin Antalya şəhərinə yollanacaq. "Zirə” Bələk bölgəsində "Alva Donna Exclusive Hotel”də qalacaq.
Qəsəbə təmsilçisi burada 4 yoxlama oyununa çıxacaq. "Qartallar” ayın 15-də "Taraz” (Qazaxıstan), 18-də isə "Konkordiya” (Rumıniya) komandaları ilə görüşdə qüvvəsini sınayacaq. Digər 2 rəqibin kimliyinə isə aydınlıq gəlməyib. Samir Abasovun komandası yanvarın 27-də toplanışı yekunlaşdırıb vətənə qayıdacaq.