Ramil Quliyev: Hədəfim Useyn Boltun boşluğunu doldurmaqdır

10:44 29 Dekabr 2018

Hazırda dözümlülüyü artırmaq üçün məşqlər edirik. Yalnız yarışlardan bir ay öncə sürətli məşqlərə keçirik. 

 

Sportarena.az xəbər verir ki, bunu azərbaycanlı atlet Ramil Quliyev deyib.Türkiyə yığmasının heyətində 200 metr məsafəyə qaçışda dünya çempionu olan atlet yerli mətbuata açıqlamasında gələcək hədəflərindən söz açıb. 28 yaşlı idmançının hədəfi karyerasını bitirən Useyn Boltun yerini tutmaqdır: 

 

“Məqsədim çempionluq ünvanını qorumaqdır. Bu, mənim üçün çox önəmlidir. Bildiyiniz kimi, Useyn Bolt karyerasını bitirib və onun yeri boşalıb. Hədəfim bu boşluğu doldurmaqdır. Məncə, onun yerini tutmaq mümkündür. Dünyanın ən yaxşısı olmaq fərqlidir. Bunun üçün var gücümlə çalışıram”.

 

Qeyd edək ki, Ramil Quliyev ötən il Londonda dünya və bu il Berlində Avropa çempionu olub. O bu il son qızıl medalını Antalyada keçirilən Gloria Cup-da əldə edib.


Digər xəbərlər

Xəbər xətti