Qış transfer bazarlığına start verən "Keşlə"nin anlaşmaq üzrə olduğu yerli futbolçulardan birinin kimliyi məlum olub.
Sportarena.az xəbər verir ki, Tərlan Əhmədov "Neftçi"dən Orxan Fərəcovu yeni komandasına dəvət edib. Roberto Bordinin Premyer Liqaya layiq bilmədiyi yarımmüdafiəçi cari mövsümün geridə qalan hissəsini "Neftçi"nin 19 yaşlılarında keçirib.