"Transfermarkt" Qazaxıstan Premyer Liqasında çıxış edən futbolçuların qiymətlərini yeniləyib.
Sportarena.az xəbər verir ki, "Astana"nın formasını geyinən millimizin üzvü Riçard Almeydaya 1.5 milyon avro qiymət qoyulub. 29 yaşlı yarımmüdafiəçi bu qiymətlə "TOP-10"da 9-cu pillədə yer alıb.
Ümumiyyətlə, siyahıda daha çox "Astana"nın 7, "Kayrat"ın 3 futbolçusu yer alıb. "Qarabağ"ın braziliyalı digər sabiq yarımmüdafiəçisi Pedro Enrike 2,8 milyon avroyla siyahıda 2-ci pillədə gedir. Ən bahalı futbolçu da "Astana"lı - 3 milyon avroyla Marin Tomasovdu.