UEFA-nın keçirdiyi yığma və klub səviyyəli bütün turnirlərin ən yaxşı bombardiri açıqlanıb.
Sportarena.az xəbər verir ki,bu, Hollandiya millisinin və İngiltərənin "Çelsi" komandasının hücumçusu Dayşon Redandır.Redanın fevralda 17 yaşı tamamlanıb. O, il ərzində 19 qol vurub ki, bunlardan 8-i UEFA Gənclər Liqasında, 5-i Hollandiyanın U-19, 6-sı isə Avropa çempionu olan U-17 yığmasında qeydə alınıb.