Portuqaliya Liqa kubokunda növbəti oyunlar keçirilib.
Sportarena.az xəbər verir ki, 3-cü mərhələnin D qrupunda mübarizə başa çatıb.Millimizin gənc hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Eştoril” 3-cü turda "Maritimo”nun qonağı olub. Təmsilçimizin komandası səfər matçında 1:0 hesabı ilə qalib gəlib.
Renat qarşılaşmaya start heyətində çıxıb. 90 dəqiqə meydanda olan futbolçu qol və ya vərəqə ilə fərqlənməyib.
Bu qələbədən sonra xal hesabını 6-ya çatdıran "Eştoril” "Sportinq” və "Farense” ilə eyni göstəriciyə imza atıb. Top fərqində 1-ci olan "Sportinq” yarımfinala yüksəlibsə, Renatın komandası 2-ci yeri tutub.
Qeyd edək ki, yarımfinalda "Sportinq”lə "Braqa” üz-üzə gələcək. "Benfika”nın rəqibi isə bu gün keçiriləcək C qrupunun matçlarından sonra bəlli olacaq.