"Qəbələ" Futbol Akademiyasının sabiq direktoru Stenli Brardın yeni iş yeri müəyyənləşib.
Sportarena.az xəbər verir ki, 60 yaşlı mütəxəssis "Feyenoord"a geri dönüb. O Rotterdam təmsilçisində akademiyanın rəhbəri olacaq. Brard bu postda Riçard Qrutşolteni əvəzləyib.
Bildirək ki, Brard 2013-2015-ci illərdə "Qəbələ"də çalışmışdı.