Aleks Ferqyusson "Mançester Yunayted"ə qayıdır

17:05 30 Dekabr 2018

2012/13 mövsümünün sonunda 26 il çalışdırdığı "Mançester Yunayted"dən ayrılan və məşqçi karyerını bitirən Ser Aleks Ferqyusson yenidən Premyer Liqa klubuna qayıdır.

 

Sportarena.az xəbər verir ki, şotland mütəxəssis komandanın yeni baş məşqçisi Ole Qunnar Sulşerin məsləhətçisi olacaq. O, həmçinin klubun fəaliyyətində də aktiv şəkildə iştirak edəcək.

 

Ferqyusson hələ rəsmi olaraq "Mançester Yunayted"ə dönməsə də, tez-tez Sulşerlə əlaqə saxlayır və məsləhətlərini verir. Bu təyinatın yaxın günlərdə rəsmən açıqlanacağı bildirilir. 

 

Qeyd edək ki, Feryusson 1986-2013-cü illərdə "Mançester Yunayted"ə başlçılıq edib. 26 il ərzində şotland mütəxəssis komandanı Premyer Liqanın (13 dəfə), Federasiya Kubokunun (5), Liqa Kubokunun (4), İngiltərə Super Kubokunun (10), Çempionlar Liqasının (2), Kuboklar Kubokunun (1), UEFA Super Kubokunun (1), klublararası dünya çempionatının (2) qalibi edib.


Digər xəbərlər

Xəbər xətti