Daha bir məşhur baş məşqçi MİLLİMİZDƏN İMTİNA ETDİ

13:00 31 Dekabr 2018

AFFA milli komandaya baş məşqçi axtarışını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, yığmamızın sabiq çalışdırıcısı, hazırda Bosniya və Hersqovinanın baş məşqçisi olan Robert Prosineçki AFFA-ya Slaven Biliçi məsləhət görüb. Səudiyyə Ərəbistanının "Əl İttihad" klubunda çalışan xorvatiyalı mütəxəssis isə millimizdə işləməkdən imtina edib. O, müqaviləsinin olduğunu və yığmamızda uğur qazana bilməyəcəyini bildirib.

 

Qeyd edək ki, 50 yaşlı çalışdırıcı Xorvatiya millisi, "Hayduk", "Lokomotiv", "Beşiktaş" və "Vest Hem"in "sükanı arxası"nda olub. 2014/17-ci illərdə yığmamıza rəhbərlik edən Robert Prosineçki Xorvatiya millisində Biliçin köməkçisi olub.


Digər xəbərlər

Xəbər xətti