İngiltərə klubunun futbolçusu irqçi təzyiqlərə məruz qalıb

16:40 1 Yanvar 2019

İngiltərənin "Fulhem" klubunun futbolçusu Abubakar Kamara Premyer Liqanın XX turunda "Haddersfild" ilə matçdan sonra irqçi təzyiqlərə məruz qalıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə London təmsilçisinin baş məşqçisi Klaudio Ranyeri məlumat verib.67 yaşlı mütəxəssis sosial şəbəkələrdə futbolçuya qarşı təhqiramiz ifadələr işlədildiyini deyib:

 

"Klub Kamaraya lazım olan bütün dəstəyi verəcək. İrqçiliyə yol verənlər barədə sərt tədbirlər görüləcək".


Digər xəbərlər

Xəbər xətti