Azərbaycanlı futbolçu Moskva klubuna keçməkdən İMTİNA ETDİ

14:57 3 Yanvar 2019

Adı "Spartak"la hallanan "Rostov"un yarımmüdafiəçisi Ayaz Quliyev qərarını verib.
 
 

Sportarena.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi Moskva klubuna keçməkdən imtina edib. Azərbaycan əsilli futbolçu "Rostov"un baş məşqçisi Valeri Karpinin ilk dövrədə ona göstərdiyi etimadı nəzərə alaraq, belə qərar verib. "Spartak" Ayaz üçün 1 milyon avroluq təklif göndərmişdi.

 

Qeyd edək ki, Ayaz  yayda yetirməsi olduğu "Spartak"dan "Rostov"a 500 min avro qarşılığında keçib. O, 21 yaşadək futbolçulardan ibarət Rusiya milli komandasının da formasını geyinib.


Digər xəbərlər

Xəbər xətti