Neftçi"dən "NÖVBƏTİ TRANSFER

15:47 3 Yanvar 2019

"Neftçi” transfer çalışmalarını davam etdirir.
 

Sportarena.az xəbər verir ki, gənc futbolçu Turan Vəlizadə ilə 3 illik müqavilə bağlanıb. 18 yaşlı mərkəz yarımmüdafiəçisi yeni komansıdanın heyətində 33 nömrəli formanı geyinəcək.
 

"Əlincə”nin yetirməsi olan Turan "Qarabağ”ın və Türkiyənin "Fənərbağça” klubunun aşağı yaş qrupunda, eləcə də 16 və 17 yaşadək milli komandalarımızda çıxış edib. O, U-19 yığmamızın üzvüdü.
 
Qeyd edək ki, bunadək qvineyalı mərkəz yarımmüdafiəçisi Mamadu Kane ilə 3, seneqallı mərkəz müdafiəçisi Mamadu Mbodj ilə isə 2,5 illik müqavilə bağlanmışdı.


Digər xəbərlər

Xəbər xətti