İntizamsızlıq etdiyinə görə “Fənərbaxça”dan uzaqlaşdırılan Volkan Dəmirəl klub tərəfindən bağışlanıb.
Sportarena.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.Vitse-prezidenti Semih Özsoya qarşı qeyri-etik davranışından dolayı əvəzedici heyətə göndərilən təcrübəli qolkiper bu gün keçirdiyi mətbuat konfransında başda prezident Ali Koç olmaqla, bütün “Fənərbaxça” camiəsindən üzr istəyib:
“Prezidentimiz başda olmaqla hər kəsdən üzr istəyirəm. Mən “Fənərbaxça”ı olaraq doğuldum və bura bağlıyam”.
Qeyd edək ki, V. Dəmirəl 2002-ci ildən şərəfini qoruduğu “sarı-lacivərtli” klubda ümumilikdə 495 oyuna çıxıb.