Bu gün futzal üzrə Azərbaycanın Yüksək, Birinci və İkinci liqalarında “transfer pəncərəsi” açıq elan edilib.
Sportarena.az xəbər verir ki, komandalar yanvarın 31-nə qədər yeni transferlərini həyata keçirə bilərlər. Bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
Futbol üzrə Azərbaycan Premyer Liqasında isə “transfer pəncərəsi” 12 yanvarda açılacaq və 8 fevrala qədər davam edəcək.