Qış toplanışını Antalyada keçirən “Sabah” dünən axşam saatlarında qaldığı “Titanik” otelinin fitnes zalında ilk məşqinə çıxıb.
Sportarena.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, bu gün səhər açıq havada yüngül qaçışla kifayətlənən futbolçular, daha sonra fitnes zalında çalışıblar.