31 yaşlı Şarapovanın 17 yaşlı gənclə bu görüntüsü alqışlarla qarşılandı - FOTOFAKT

19:36 3 Yanvar 2019

Məşhur rusiyalı tennisçi Mariya Şarapovanın "Şengen Açıq" turnirində 17 yaşlı rəqibinə qarşı göstərdiyi münasibət təqdirlə qarşılanıb.

 

Sportarena.az xəbər verir ki, Şarapova çinli Uanq Xinyu ilə qarşı-qarşıya gəlib. Uanq zədə səbəbindən matçdan çəkilmək məcburiyyətində qalıb. Bununla da, 1/4 finala adlayan Şarapova rəqibinin halına laqeyd qala bilməyib. 31 yaşlı idmançı rəqibinin yanına gəlib və onunla maraqlanıb. Şarapova ona əla mübarizə apardığını deyib və əhvalını yaxşılaşdırmağa çalışıb. Həmin görüntülər sosial mediada paylaşılıb və izləyicilər Şarapovanın bu hərəkətini alqışlayıblar.



Digər xəbərlər

Xəbər xətti