Azərbaycan milli komandasının və “Neftçi”nin hücumçusu Mirabdulla Abbasovun Avropa Liqası Muzeyində imza günü keçirilib.
Sportarena.az “Report”a istinadən xəbər verir ki, tədbir Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək UEFA Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində baş tutub. Muzey ziyarətçiləri futbolçudan imza alıb və onunla foto çəkdiriblər.
Qeyd edək ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi tərəfindən 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edilib. Final oyunu mayın 29-da baş tutacaq.
Xatırladaq ki, Mirabdulla Abbasov İdman Araşdırmalar Mərkəzinin “İlin qalibləri-2018” layihəsi üzrə ən yaxşı futbolçu seçilib.