"Atletiko"nun qapıçısı Yan Oblak ölkəsi Sloveniyada ilin ən yaxşı futbolçusu seçilib.
Sportarena.az xəbər verir ki, 25 yaşlı futbolçu bu mükafata dördüncü dəfə layiq görülüb. Bildirək ki, Yan Oblak 2018-ci ildə Madrid klubunun heyətində 50 oyunda 36 qol buraxıb. O, həmçinin UEFA Avropa Liqasının və Avropa Super Kubokunun qalibi olub.