“Qarabağ”da hər şey ümid etdiyim kimi olmadı" - Hannes Halldorsson

13:12 4 Yanvar 2019

“Azərbaycana getdikdən 1 ay sonra zədələndim. Bu mənim üçün ağır dönəm idi”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın və İslandiya millisinin qapıçısı Hannes Halldorsson deyib. 

 

Azərbaycan klubuna keçidi haqqında danışan təcrübəli əlcək sahibi hər şeyin istədiyi kimi olmadığını bildirib: “Qarabağ”da hər şey ümid etdiyim kimi olmadı. Bunun müxtəlif səbəbləri var. Müqavilə bağlanan zaman Qurban Qurbanov dedi ki, 2 qapıçımız olacaq. Ancaq zədə aldım və daha bir qolkiper transfer edildi. İndi komandada 3 qapıçı var və bu lüzumsuzdur. Matçlarda kimin oynayacağı əvvəlcədən bilinmir. İlk “11-lik”də yer almaq tamamilə sirr kimi qalır və təsadüfi baş verir. Kim səhv edirsə, ehtiyatda qalır”.

 

Halldorsson “Sportinq”ə 1:6 uduzduqları oyunda çox zəif çıxış etdiyini deyib: “Bir neçə matçda əsas heyətdə yer alırdım. “Sportinq”ə 1:6 hesablı məğlubiyyətdən sonra heyətdə yer almadım. İndi yol ayrıcındayam və gələcək haqqında düşünəcəm”.


Digər xəbərlər

Xəbər xətti