ispaniya La Liqasında “Real”ın Klublararası dünya çempionatında iştirakı ilə əlaqədar 17-ci turun təxirə salınmış son oyunu keçirilib.
Sportarena.az xəbər verir ki, səfərdə “Vilyareal”la qarşılaşan Madrid təmsilçisi xal itkisi ilə üzləşib.Hesabı meydan sahibləri erkən açsa da. “Real” qısa zamanda önə keçməyi bacarıb. Lakin, “Kral klubu” üstünlüyünü sona qədər qoruya bilməyib. Bərabərlik qolunu vuran “Vilyareal” matçdan 1 xalla ayrılıb.Qeyd edək ki, hazırda “Real” 30 xalla 4-cü, “Vilyareal” isə 16 xalla 17-ci pillədə yer alır.
“Vilyarreal” - “Real” - 2:2
Qollar: Kasorla, 4 (1:0), Benzema, 7 (1:1),Varan, 20 (1:2), Kasorla, 82 (2:2)