İngiltərə çempionatı: "Mançester Siti" "Liverpul"a qalib gəldi

14:00 4 Yanvar 2019

İngiltərə Premyer Liqasında 21-ci tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, turun son matçında “Mançester Siti” öz meydanında “Liverpul”la qarşılaşıb.Çempionluq mübarizəsi aparan iki komandanın matçında qapılara 3 qol vurulub. 40-cı dəqiqədə Aqueronun qoluna 64-cü dəqiqədə Firmino cavab versə də, “Liverpul”un bundan artığına gücü çatmayıb.72-ci dəqiqədə fərqlənən Leroy Sane “Mançester Siti”yə 2:1 hesablı qələbə qazandırıb. Beləliklə, lider “Liverpul” bu mövsüm Premyer Liqada ilk məğlubiyyətini yaşayıb.

 

Hazırda “Liverpul” 54 xalla 1-ci, “Mançester Siti” isə 50 xalla 2-ci pillədə yer alır.


Digər xəbərlər

Xəbər xətti