"Keşlə”də əvəzedici heyətə göndərilən və bu səbəbdən məşqlərə gəlməkdən imtina edən Elnur Cəfərov ilə klub müqaviləni birtərəfli şəkildə pozub.
Sportarena.az xəbər verir ki, klub futbolçuya hansısa kompensasiya ödəmək məcburiyyətində deyil.Amma 2019-cu ilin yayına kimi müqaviləsi olan Elnur da pulsuz getmək istəmir.
Belə ki, yarımmüdafiəçi klubdan 6 aylıq maaşını alıb getmək barədə düşünür.
Bildirək ki, Cəfərov həm “Neftçi”dən, həm də “Keşlə”dən gedəndə baş məşqçi Tərlan Əhmədov idi.