Sakarya Baş Prokurorluğu Türkiyə yığmasının sabiq üzvü Hakan Şükürün atası Selmet Şükürün evində araşdırma aparıb.
Sportarena.az xəbər verir ki, evdən Fətullah Gülənin müəllifi olduğu “İnsanlığın İftixar Tablosu Sonsuz Nur -1-2” adlı kitabalar aşkar olunub.
Həmçinin Selmet Şükürün “İnelsan” şrikəti ilə birlikdə FETÖ-nün çirkli pullarının yuyulmasına dair sübutlar tapılıb. Şahid qismində iştirak edən bir nəfər tanınmış futbolçunun atasının oğlunun adına binalar tikdirdiyini bildirib.
Nəticədə Selmet Şükürün “silahlı terror təşkilatı”na üzv olduğunun sübuta yetirilməsi səbəbilə 7 il 6 aydan 15 ilə qədər həbsə məhkum edilməsi istənilib. (Qafqazinfo)