“Trabzonspor”un futbolçusu Burak Yılmazın “Beşiktaş”a keçidi rəsmiləşib.
Sportarena.az xəbər verir ki, “qara-qartallar” 33 yaşlı hücumçu ilə 2,5 illik müqavilə imzalayıb. Futbolçu artıq yeni klubunda ilk məşqinə çıxıb.“Beşiktaş”ın bu tranfser üçün qarşı tərəfə 1 milyon avro, Buraka isə illik 2,5 milyon avro ödəyəcəyi bildirilir.
Qeyd edək ki, Türkiyə millisinin sabiq üzvü 2006-2008-ci illərdə “Beşiktaş”da çıxış edib.