“Spartak” klubu azərbaycanlı yarımmüdafiəçi Aleksandr Səmədovla yollarını ayırıb.
Sportarena.az xəbər verir ki, klub artıq 34 yaşlı futbolçu ilə müqaviləsinə xitam verib. Qeyd edək ki, Səmədov komandada ilk debütünü 2002-ci ildə edib. O, komandanın tərkibində 109 matçda oynayıb və hesabına 15 qol yazdırıb.