"Qəbələ" hazırlıqlara başlayır

10:00 6 Yanvar 2019

"Qəbələ” sabah 2018/19 mövsümünün ikinci yarısının hazırlıqlarına start verəcək.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan kubokunun 2018-ci il dekabrın 20-də keçirilən 1/4 final mərhələsinin cavab oyunundan sonra istirahətə buraxılan "qırmızı-qaralar” Bakıda bir araya gələcək. 16 günlük fasilədən sonra toplaşacaq komanda Biləcəri Futbol Mərkəzində yığışacaq. Sənan Qurbanovun baş məşqçisi olduğu komandanın bu il keçirəcəyi ilk məşq günün ikinci yarısına təsadüf edəcək. Saat 17:00-da başlayacaq məşq prosesi ilə mövsümün ikinci yarısına hazırlığın ilk mərhələsi start götürəcək.

 

"Qəbələ” yanvarın 13-dək paytaxtda hazırlıq keçəcək. Mövsümün ikinci yarısına hazırlığın növbəti mərhələsi Türkiyədə gerçəkləşəcək. "Qırmızı-qaralar” yanvarın 27-dək Antalya şəhərində təlim-məşq toplanışında olacaq. Komanda Lara bölgəsindəki "Trendi otel”də məskunlaşacaq. "Qəbələ” Türkiyə toplanışı müddətində 4 yoxlama oyununda qüvvəsini sınayacaq.


Digər xəbərlər

Xəbər xətti