Meksikanın “Dorados” klubunun eks-futbolçusu və məşqçisi Dieqo Maradona xəstəxanadan evə buraxılıb.
Sportarena.az xəbər verir ki, Maradona səhhəti ilə bağlı açıqlama yayaraq heç bir probleminin olmadığını deyib: “Mən 58 yaşımda xəstəxanalıq oldum. Amma oranı 50 yaşlı kimi tərk etdim. Qorxulu heç nə yoxdur. Səhhətim ideal vəziyyətdədir”.
Xatırladaq ki, Maradona mədə qanaxması diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.