Mövsümün ilk yarısını Premyer Liqanın son pilləsində tamamlayan "Zirə"də istirahət başa çatıb.
Sportarena.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, Samir Abasovun kollektivi bu gün məşqləri bərpa edib.
Çalışmaların ilk hissəsini Bakıda keçirəcək “Zirə”, ayın 12-də Türkiyənin Antalya şəhərinə yollanacaq. “Qartallar” Bələk bölgəsində “Alva Donna Exclusive Hotel”də qalacaq. Bakıətrafı qəsəə təmsilçisi burda 4 yoxlama oyununa çıxacaq.
“Zirə” yanvarın 27-də toplanışı yekunlaşdırıb, vətənə qayıdacaq.