"Qarabağ"ın haitili yarımmüdafiəçisi Donald Gerye ölkəsində mükafata layiq görülüb.
Sportarena.az xəbər verir ki, 30 yaşlı futbolçu Haitini ölkə xaricində layiqli təmsil etdiyi üçün Gənclər, İdman və Vətəndaş Hərəkatı Nazirliyinin mükafatına layiq görülüb. Geryeylə yanaşı, Mateo Filipp Koulz və Redondo El Prinsip Riçard adlı idmançılar da mükafatlandırılıblar.
Qeyd edək ki, 2017-ci ildən "Qarabağ"da çıxış edən Gerye ötən ilin ən yaxşı əcnəbi futbolçusu seçilib.