"Sabah"dan ayrıldı, "Sumqayıt"a keçdi

23:39 6 Yanvar 2019

Rəşad Əzizli və Adil Nağıyevin ardınca “Sumqayıt” dövrələrarası fasilədə növbəti transferini reallaşdırıb.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, son olaraq “Sabah”ın şərəfini qoruyan qapıçı Aydın Bayramov "gənlik şəhəri" təmsilçisiylə müqavilə imzalayıb. 1,5 illik sözləşməyə imza atan 1996-cı il təvəllüdlü futbolçu “Sumqayıt”da 13 nömrəli formada çıxış edəcək.

 

Qeyd edək ki, Aydın Bayramov futbolçu karyerası ərzində “Rəvan”, MOİK və “Sabah” klublarının uğurları üçün çalışıb. Aydın həmçinin 21 yaşadək futbolçulardan ibarət milli komandaya da cəlb olunub.


Digər xəbərlər

Xəbər xətti