“Qəbələ” 2018-2019-cu illər mövsümünün ikinci yarısının hazırlıqlarına start verib.
Sportarena.az klubun saytına istinadən xəbər verir ki, Bakıda bir araya gələn “qırmızı-qaralar” ilin ilk məşqini Biləcəri Futbol Mərkəzində gerçəkləşdirib. Günün ikinci yarısına təsadüf edən hazırlıq prosesi yüngül qaçışla başlayıb. Baş məşqçi Sənan Qurbanovun rəhbərliyi altında keçən məşq fiziki təmrinlərin icrası ilə davam etdirilib. Ardınca futbolçular toplu çalışmaları yerinə yetiriblər. Hazırlıq prosesində “Qəbələ”nin yeni transferi Anar Nəzirov da iştirak edib.
Qeyd edək ki, “qırmızı-qaralar” yanvarın 13-dək paytaxtda məşq edib, ardınca Türkiyəyə yollanacaq.