"Qarabağ" Antalyada ilk məşqə çıxdı - FOTOLAR

10:40 7 Yanvar 2019

Qış toplanışı üçün dünən Türkiyəyə yollanan "Qarabağ" mövsümün ikinci yarısının hazırlığına start verib.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Antalyada ilk məşqinə çıxıb. Ötən ili zədə səbəbindən erkən başa vuran İnnosent Emeqara da məşqdə iştirak edib. Əvəzedici heyətin də bir neçə futbolçusu əsas komandayla birlikdə təlim-məşq toplanışında iştirak edirlər.

 

Qeyd edək ki, "Qarabağ" Antalyadakı 3 həftəlik toplanış müddətində 5 yoxlama oyununda qüvvəsini sınayacaq. Qurban Qurbanovun komandası yanvarın 12-də Rumıniyanın "Botoşani", 16-sı Özbəkistanın "Paxtakor", 19-u Çexiyanın "Bohemians", 23-ü Polşanın "Piast" və 26-sı Ukraynanın "Şaxtyor" (Donetsk) klublarıyla qarşılaşacaq.



Digər xəbərlər

Xəbər xətti