Azərbaycan millisinin üzvləri “Beşiktaş”ın əsas komandasında

16:58 7 Yanvar 2019

“Beşiktaş”ın Antalyada yanvarın 14-dək davam edəcək təlim-məşq toplanışında iştirak edəcəyi heyəti müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, baş məşqçi Şenol Günəş aşağı yaş qruplarından 12 futbolçunu da heyətə daxil edib. Onların içində Azərbaycan yığmasının üzvləri Ege Atlam və Hüseyn Seyliğli də var. 17 yaşlılardan ibarət Azərbaycan yığmasının heyətində 2016-cı ildə Bakıda keçirilən Avropa çempionatında iştirak edən hər iki futbolçu U-21 millimizdə də oynayıb.  

 

Qeyd edək ki, Ege Atlam və Hüseyn Seyliğli mövsümün geridə qalan hissəsini “Beşiktaş”ın U-21 komandasında keçiriblər. 


Digər xəbərlər

Xəbər xətti