“Kəpəz” II dövrənin hazırlıqlarına başladı

19:23 7 Yanvar 2019

“Kəpəz”in əsas komandası üçün qış fasiləsi başa çatıb.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, bu gün “sarı-göylər” çempionatın 2-ci dövrəsi ilə bağlı hazırlığa start verib. “Kəpəz” toplanışın ilk hissəsini doğma şəhərdə keçirəcək. Komanda Gəncə ilə yanaşı, Şəmkir və Göygöl Olimpiya İdman Komplekslərinin xidmətlərindən də yararlanacaq.


Birinci mərhələ əsasən bərpaedici və fiziki yöndə çalışmalar üzərində qurulub. “Kəpəz” hazırlığın ikinci mərhələsini paytaxtda keçirmək niyyətindədi.


Digər xəbərlər

Xəbər xətti