Şehiç “Qarabağ”ın düşərgəsində: “Mənim sevimli qardaşlarım” - FOTOLAR

13:58 8 Yanvar 2019

“Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiç Ağdam klubunu ziyarət edib.

 

Sportarena.az xəbər verir ki, hazırda Türkiyənin “Ərzurumspor” klubunda çıxış edən bosniyalı qolkiper  Antalyada təlim-məşq toplanışı keçən  komandanın düşərgəsində olub.O, bu barədə şəxsi feysbuk səhifəsində paylaşım edib. 30 yaşlı qapıçı Qara Qarayev, Rəşad Sadıqov, Ansi Aqolli və Yakub Jezniçakla şəkillərini paylaşaraq “Mənim sevimli qardaşlarım” yazıb. 

 

Qeyd edək ki, 2013-cü ildən 2018-ci ilin mayına kimi  “Qarabağ”da çıxış edən Şehiç yayda “Ərzurumspor”a keçib.



Digər xəbərlər

Xəbər xətti