21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizəd olan Milan Obradoviç yığmamızın "sükanı arxası"na keçməyəcək.
Sportarena.az xəbər verir ki, bu barədə Serbiya millisinin çalışdırıcısı Mladen Krstayiç məlumat verib: "Milan Obradoviçə təklif gəlsə də, getməyəcək. O, bundan imtina etdi. Obradoviç Serbiya yığmasında çalışmağa davam edəcək. Onun dəyişdirilməsini tələb etmək, lazım deyil".
Qeyd edək ki, 41 yaşlı mütəxəssis Serbiyanın U-19 yığmasını çalışdırır.