"Səbail" qış transfer pəncərəsində ilk transferini həyata keçirib.
Sportarena.az verir ki, bakılılar Premyer Liqanın debütantı "Sabah"dan ayrılan Elvin Yunuszadəyə qucaq açıb. Millimizin üzvü 1,5 illik müqaviləyə imza atıb.
Qeyd edək ki,26 yaşlı müdafiəçi karyerası ərzində "Neftçi" (2011-2015) və "Qarabağ"ın (2015-2018) uğurları üçün çalışıb. O, Azərbaycan yığmasında 3 oyun keçirib, 1 qol vurub. Elvin Yunuszadə "Sabah"a 2018-ci ilin oktyabrında üz tutmuşdu.