Klubsuz qalan Orxan Sadıqlıya XARİCİ ÖLKƏ KLUBLARINDAN TƏKLİF VAR

17:59 8 Yanvar 2019

"Keşlə"dən ayrılan Orxan Sadıqlının klubsuz günləri qısa çəkə bilər.

 

Sportarena.az sportal.az-a istinadən xəbər verir ki, 25 yaşlı qolkiper Azərbaycan Premyer Liqasında çıxış edən klublardan birinin hədəfindədir.

 

Bundan əlavə, Sadıqlı karyerasını Avropada davam etdirə bilər. Onun xidmətində Makedoniyanın "Şkupi" klubu maraqlıdır. Tərəflər yaxın günlərdə danışıqlara başlayacaq. Əgər danışıqlar müsbət tamamlansa, Orxanı "Qalatasaray"ın məşhur futbolçusu Ümit Karanın çalışdırdığı klubda görə bilərik. Məlumata görə, Türkiyə millisinin keçmiş üzvü olan 42 yaşlı mütəxəssis Orxanın keyfiyyətlərini bəyənib və bu keçidə müsbət yanaşır.

 

2012-ci ildə yaradılan "Şkupi" hazırda 10 komandalı Makedoniya çempionatında 5-ci yerdə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti