İngiltərənin “Arsenal” komandasının sabiq baş məşqçisi Arsen Venger Qətər yığmasına rəhbərlik edə bilər.
Sportarena.az xəbər verir ki, yerli federasiya 70 yaşlı fransalı mütəxəssisdən yığmanı Qətərin 2022-ci ildə ev sahibliyi edəcəyi dünya çempionatına hazırlamasını istəyir. Hazırda o, baş məşqçi postuna əsas namizəddir.