Afrika Millətlər Kubokunun keçiriləcəyi ölkənin adı bəllidi.
Sportarena.az xəbər verir ki, qitə çempionatı Misirdə baş tutacaq.Yarışı qəbul edəcək ölkə səsvermə ilə seçilib. Misir yeganə rəqibi CAR-ı qabaqlayıb.
Bu il keçiriləcək yarışın ev sahibinin indi seçilməsi bu hüququn Kamerundan alınması ilə bağlıdı. Yarış üçün obyektlərin tikilməsində gecikmələrə görə təşkilatçı ölkə dəyişdirilib.