İngiltərə Liqa kubokunda yarımfinal mərhələsinə start verilib.
Sportarena.az xəbər verir ki, mərhələnin ilk oyununda “Tottenhem” öz meydanında “Çelsi” ilə qarşılaşıb.Matçın taleyini penaltidən vurulan qol həll edib. 27-ci dəqiqədə Harri Keyn “Tottenhem”ə qələbə qazandıran qolun müəllifi olub.
Komandalar arasında cavab matçı 24 yanvarda keçiriləcək.